Ulu öndər Heydər Əliyevin
müəllifi olduğu ilk
milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir.
Bu fikir noyabrın 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya Günü münasibətilə keçirilmiş tədbirdə səslənmişdir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək,
iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, demokratik dövlət
və cəmiyyət quruculuğu
baxımından böyük əhəmiyyət
daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda
böyük ruh
yüksəkliyi ilə qeyd olunduğunu bildirmişdir.
Fərhad
Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin
müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu
müasir tariximizin ən mühüm hadisəsi olmaqla
yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi
qarşısında əvəzsiz xidmətlərindən
biridir. Ulu öndər Konstitusiya layihəsini hazırlayan
xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə
layihənin açıq müzakirəsini təşkil etməklə,
onun müasir dəyərləri özündə ehtiva edən
ən yetkin formada qəbul olunmasını təmin etmək
üçün gərgin əmək sərf etmişdir.
Konstitusiya
Məhkəməsinin sədri diqqətə
çatdırmışdır ki, Konstitusiyamız ümumbəşəri
ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla
yanaşı, özündə tarixi ənənələrimizi,
Azərbaycan xalqının milli mənəvi dəyərlərini
əks etdirir.
Müstəqil
Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin
inkişaf strategiyasını müəyyən edən əsas
sənəddir.
Natiq
vurğulamışdır ki, dövlətin Əsas Qanununun qəbulundan
ötən 16 il Azərbaycanın yeni tarixində xüsusi yer
tutur. Həmin müddətdə ölkə demokratik dövlət
quruculuğu sahəsində, iqtisadiyyatın və sosial-siyasi
həyatın inkişafında taleyüklü dəyişikliklərə
nail olmuşdur. Konstitusiyanın qəbul edilməsi müasir,
dünyəvi və vətəndaş cəmiyyətinin tələblərinə
cavab verən dövlət sisteminin formalaşmasında və
möhkəm hüquqi bazanın yaradılması sahəsində
mühüm addım olmuşdur. Əsas Qanun dövlətimizin,
onun ərazi bütövlüyünün və cəmiyyətin
hüquqi baxımdan legitimləşdirilməsini təmin
etmişdir. Konstitusiyada təsbit olunmuş hüquqi baza isə
Azərbaycanın siyasi, sosial və iqtisadi
inkişafının sabitliyinə və dinamikliyinə imkan
yaratmışdır.
F.Abdullayev bildirmişdir ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. İndi Azərbaycan regionda həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də əsas təşəbbüskarıdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə xüsusi diqqətinin bariz nümunəsidir.
Konstitusiya Məhkəməsinin sədri əminliklə söyləmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi də Konstitusiya çərçivəsində öz həllini tapacaqdır.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edən F.Abdullayev bildirmişdir ki, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əməkdaşlığa, xarici ölkələrin konstitusiya məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.
Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində qarşıya qoyduğu öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-12 noyabr.- S. 5.