Abdullah Gül Türkiyə-Azərbaycan uzunmüddətli iqtisaditicari əməkdaşlıq Proqramı və İcra Planının təsdiq olunmasına dair qanunu imzalamışdır

 

 Türkiyə Prezidenti Abdullah Gülün sərəncamı ilə Türkiyə-Azərbaycan uzunmüddətli iqtisaditicari əməkdaşlıq Proqramı və İcra Planının ratifikasiya olunmasına dair Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanun təsdiq olunmuşdur.

Türkiyə Prezidenti müvafiq sərəncamları ilə BraziliyaPakistanla da iqtisadi əməkdaşlığa dair parlamentdə qəbul olunmuş qanunları təsdiq etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.-12 noyabr.- S.  6.