ABŞ-da
yaşayan azərbaycanlı alim və ictimai xadim Dövlət
İdarəçilik Akademiyasında olmuşdur
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ABŞ-da yaşayan azərbaycanlı alim və ictimai xadim, Yell Universitetinin (ABŞ) professoru Firuz Kazımzadə ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, görüşdə DİA-nın rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev F.Kazımzadənin dünya ölkələrinin Qafqazda toqquşan strateji maraqlarına həsr edilmiş "Zaqafqaziya uğrunda mübarizə. 1917-1921" kitabı haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün də aktuallığını itirməyən bu tədqiqat əsəri 1951-ci ildə çap olunmuşdur.
Çıxış edənlər akademiyanın rəhbərliyinə maraqlı görüş üçün minnətdarlıqlarını bildirmiş və F.Kazımzadəyə elmi fəaliyyətində uğurlar arzulamışlar.
Sonda qonaq sualları
cavablandırmışdır.
Azərbaycan.- 2011.- 12 noyabr.- S. 7.