Konstitusiya Məhkəməsi plenumunun növbəti iclası olmuşdur

 

 Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xüsusi Konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi plenumu üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələbetmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnuya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələbetmə anından başa çatmış hesab edilir.

Hədə-qorxu ilə tələbetmə cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan "zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə" tövsifedici əlamətinin həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-13  noyabr.- S., 2.