Geniş tərkibdə danışıqlar
Noyabrın
14-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Bolqarıstan
Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
danışıqları olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham ƏLİYEV
görüş
iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!
Biz Sizin səfərinizə
çox böyük əhəmiyyət veririk və əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Ölkələrimiz arasında əlaqələr
çox uğurla inkişaf edir. Biz Sizinlə mütəmadi
qaydada görüşürük,
bütün məsələləri
müzakirə edirik.
Əminəm ki, bütün
sahələr üzrə
əlaqələrimiz daha
da möhkəmlənəcəkdir.
İlk növbədə,
siyasi əlaqələr
yüksək səviyyədədir
və qarşılıqlı
səfərlərin həyata
keçirilməsi bunun
bariz nümunəsidir. İqtisadi sahədə
ticarət dövriyyəsi
artır. Əlbəttə, əlaqələrimizdə enerji
amili də mühüm rol oynayır və bu sahədə də şirkətlər arasında danışıqlar
aparılır. Biz bütün
sahələrdə uğurlu
inkişafı görürük
və əminəm ki, Sizin
səfərinizdən sonra
da bu müsbət
dinamika davam etdiriləcəkdir.
Bir daha
"Xoş gəlmisiniz"
deyirəm və bir daha Sizi
salamlayıram.
Bolqarıstan Prezidenti Georgi PIRVANOV səmimi qəbul
üçün minnətdarlığını
bildirərək dedi:
- Cənab Prezident, Sizə minnətdarlığımızı
bildiririk. İlk öncə, Sizə
olduqca minnətdarıq
ki, bu səfərin
həyata keçirilməsi
üçün bizi buraya dəvət etdiniz. Mən aramızda mövcud
olan şəxsi münasibətləri çox
yüksək dəyərləndirirəm.
Tam aydın şəkildə
qeyd etmək olar ki, aramızda
mövcud olan dost münasibətləri ölkələrimiz
arasındakı münasibətlərin
inkişafına da öz təsirini göstərir. Hesab edirəm ki,
ölkələrimiz arasında
olan münasibətlərin
inkişaf modeli bir çox digər ölkələrin
münasibətlərinə də şamil edilə bilər. Ən vacibi isə odur ki,
dost münasibətlərimiz, həmçinin işgüzar
münasibətlərə də
çevrilibdir. Bu baxımdan əməkdaşlığımız
məhz real məzmunla
zəngindir və bu, bizim hər
iki tərəfin arasında olan münasibətlərin inkişafı
üçün xüsusi
əhəmiyyət kəsb
edir.
Bizim üçün
çox vacibdir ki, bu münasibətlər
yeni səviyyəyə
qalxsın. Bu baxımdan
biz iki ölkə arasında qarşılıqlı
sərmayələrin qoyulmasını
çox vacib hesab edirik. Biz istərdik ki,
Bolqarıstanın kapitalı,
Bolqarıstanın sərmayələri,
həmçinin Azərbaycanda
mövcud olsun.
AzərTAc
Azərbaycan.-
2011.- 15 noyabr.- S.1-2.