Azərbaycan-Bolqarıstan sənədləri imzalanmışdır

 

Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Azərbaycan Dövlət İqtisad UniversitetiSofiya MilliDünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev və Bolqarıstan Prezidentinin təhsil, elmiqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya MilliDünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov imzaladılar.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Bolqarıstanın xarici işlər nazirinin müavini Konstantin Dimitrov imzaladılar.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Bolqarıstanın əməksosial siyasət naziri Totyu Mladenov imzaladılar.

"Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş"i Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və Bolqarıstanın informasiya təhlükəsizliyi üzrə dövlət komissiyasının sədri xanım Tsveta Markova imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.1.