Xatirə konserti

 

 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert olmuşdur. Respublikanın xalq artisti, professor Tofiq Bakıxanovun sinfinin hazırladığı konsert proqramında Aytən Həsənova ilə Cəmilə Abbasova fortepianoda, Gülnarə Əhmədova isə skripkada məharətlərini göstərmişlər.

Tədbirdə əsasən Tofiq Bakıxanovun Tofiq Quliyevin xatirəsinə həsr etdiyi sonatalar səsləndirilmişdir.

Tədbirdə bəstəkar Vaqif Mustafazadənin də xatirəsi yad edilmişdir. Tofiq Bakıxanovun bəstəkarın xatirəsinə həsr etdiyi sonata da ifa olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 13 noyabr.- S.  7.