Azərbaycan Avropa Gənclər Parlamentinə tamhüquqlu üzv qəbul edilmişdir
Azərbaycan Avropa Gənclər Parlamentinə (AGP) tamhüquqlu üzv qəbul edilmişdir.
AGP-nin Azərbaycan nümayəndəliyindən
AzərTAc-a bildirmişlər ki, bu barədə qərar təşkilatın
noyabrın 11-13-də Berlində keçirilən iclasında
qəbul olunmuşdur. Hazırda AGP Avropada siyasi debatlar, mədəniyyətlə
bağlı görüşlər təşkil edən və
ideyalar mübadiləsinə xidmət edən ən geniş
platformadır. Təşkilatın məqsədi Avropanın
üzləşdiyi problemlərlə bağlı məsələlərə
diqqəti artırmaq, mədəniyyətlərarası
dialoqun, beynəlxalq anlaşmanın, fikir və təcrübə
müxtəlifliyinin təbliği, avropalı gənclərin
bacarıqlarının inkişafı üçün forumun
təşkil edilməsinə yardım etməkdir. Azərbaycanın
Avropa Gənclər Parlamentinə tamhüquqlu üzv qəbul
edilməsi gənclərimizin qeyd olunan imkanlardan
yararlanmaları üçün geniş imkan yaradacaqdır.
Azərbaycan.- 2011.- 15 noyabr.- S. 4.