Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iclasda Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən,
Sumqayıt Apelyasiya Məhkəməsinin Azərbaycan
Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci
maddəsinə münasibətdə Cinayət Prosessual Məcəlləsinin
512.2-ci və 519.0.4-cü maddələrinin şərh
olunmasına dair müraciətinə baxılaraq Konstitusiya Məhkəməsinin
icraatına qəbul edilməsi haqqında qərardad
çıxarılmışdır.
Müraciətə
mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun
noyabrın 30-na təyin edilmiş iclasında
baxılacaqdır.
Azərbaycan.- 2011.- 15 noyabr.- S. 4.