Azərbaycan ilə
Latviya arasında fövqəladə hallar sahəsində əməkdaşlıq vacibdir
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzərTAc-a bildirmişlər ki, K.Heydərov nazirlik və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ümumi məlumat vermişdir. FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, eləcə də xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrini inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırmışdır.
D. Pavluts Azərbaycan ilə Latviya
arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsi
və inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş və bu əməkdaşlığın
dərinləşməsi üçün
birgə səylərin davam etdiriləcəyinə
əminliyini bildirmişdir.
Azərbaycan.- 2011.- 15 noyabr.- S. 7.