Gürcüstanda nəşr olunan «Spektr» qəzetində «Azərbaycan dinamik inkişaf edən demokratik ölkədir» sərlövhəli məqalə dərc olunmuşdur

 

 Gürcüstanın nüfuzlu "Spektr" qəzetində "Azərbaycan dinamik inkişaf edən demokratik ölkədir" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkənin böyük təhlükələrdən qurtulduğu, dünya şöhrətli siyasi xadimin ciddi səyi nəticəsində cəbhədə atəşkəsə nail olunduğu, Azərbaycanda, ümumiyyətlə bölgədə sabitliyin təmin edilməsi sahəsində görülən işlər və Heydər Əliyev cəsarəti, siyasi iradəsi sayəsində gerçəkləşmiş qlobal layihələr barədə ətraflı məlumat verilir. Oxucular Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində görülən işlər, sosial-iqtisadi inkişaf, Azərbaycan diplomatiyasının uğurları və s. məsələlər barəsində də ətraflı məlumat almaq imkanı qazanmışlar.

Məqalədə Azərbaycan - Gürcüstan münasibətləri, Azərbaycan şirkətlərinin Gürcüstanda uğurlu fəaliyyəti, Azərbaycanın güclü xarici sərmayədara çevrilmək cəhdi barədə də məlumatlar əksini tapmışdır.

Ölkədə iqtisadiyyatın liberallaşdırılması, demokratik islahatlar, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, dinamik inkişaf üçün daha şəffaf idarəetmə mexanizminin tətbiqi məsələlərindən söhbət açılır. Demokratik dəyərlərə söykənən Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasına, Azərbaycanın haqq işinin qalib gələcəyinə dair fikirlərə  də məqalədə geniş yer verilmişdir.

Məqalənin müəllifi AzərTAc-ın Gürcüstanda xüsusi müxbiri İslam Əliyevdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  7.