Mərakeş
Krallığının mədəniyyət nazirinin Azərbaycan
Milli Kitabxanasında məruzəsi maraqla
qarşılanmışdır
Azərbaycanda Mərakeş Krallığı Mədəniyyəti Günləri çərçivəsində noyabrın 13-də bu ölkənin mədəniyyət naziri Binsəlim Himmiş M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Mədəniyyət və bəşəri inkişafa ümidlər" mövzusunda məruzə ilə çıxış etmişdir.
AzərTAc xəbər verir ki, qonaqların, mədəniyyət işçilərinin iştirak etdikləri tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq iki ölkə arasında kitabxana əlaqələrinin perspektivindən danışmışdır. Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş məruzəsində mədəniyyətin bəşəri əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, qloballaşan cəmiyyətdə bu sahəyə diqqətin artırılması vacibdir. Müasir dövrdə ölkələr arasında mədəni əlaqələr həm də ortaq mədəniyyətin zənginləşməsinə, insanların əxlaq və davranışına böyük təsir göstərir.
Nazir Binsəlim Himmişin məruzəsi
böyük maraqla qarşılanmışdır.
Azərbaycan.- 2011.- 15 noyabr.- S. 8.