Azərbaycanın
Baş naziri Artur Rasizadə və Bolqarıstan Prezidenti Georgi
Pırvanov birgə işçi nahar etmişlər
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də birgə işçi nahar etmişlər.
Səmimi söhbət zamanı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011. -16 noyabr.- S. 3.