Ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşdür.
AzərTAc
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 3.