Əməkdaşlıq
haqqında Memorandumun öhdəlikləri müzakirə
olunmuşdur
Noyabrın 15-də Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov ilə görüşmüşdür.
Görüşdə hər iki ölkənin sosial-iqtisadi inkişafına dair məlumatlar verilmiş, nazirliklər arasında imzalanan əməkdaşlıq haqqında Memorandumun öhdəlikləri, əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
F.Ələkbərov bildirmişdir ki, iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində, o cümlədən digər sahələrdə əlaqələr uğurla inkişaf edir. İmzalanmış Memorandum da əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaqdır. Azərbaycan Avropaya inteqrasiyanı uğurla davam etdirir və ölkəmiz Avropanın digər ölkələri ilə də bu sahədə əməkdaşlıqda maraqlıdır.
T.Mladenov diqqətə çatdırmışdır ki, Bolqarıstan da bu məsələlərdə maraqlıdır. Vurğulanmışdır ki, nazirliyin strukturları, sosial xidmət və əlilliyi olan insanların reabilitasiya mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması vacibdir.
AzərTAc
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 3.