Azərbaycan
Prezidenti İlham Əliyev Belarus parlamentinin Nümayəndələr
Palatasının sədrini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu qəbul etmişdir.
Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ölkələrimizin etibarlı və səmimi dostluq münasibətlərindən məmnunluğunu bildirdi. Azərbaycana səfəri zamanı paytaxtımızda həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərinin şahidi olduğunu deyən qonaq ölkəmizin əldə etdiyi uğurların onda böyük təəssürat yaratdığını dedi.
Ölkələrimizin siyasi sahədə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Prezident İlham Əliyev Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun Azərbaycana səfərinin parlamentlərarası əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcəyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 1.