Azərbaycan
Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya
enerji məsələləri üzrə xüsusi nümayəndəsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin və eləcə də enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ölkəsinin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa dair əldə olunan son razılaşmanı alqışladığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 1.