«Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1923 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1923 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 104; 2010-cu il, ¹ 5, maddə 424) "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin aylıq əməkhaqları" adlı Əlavədə "B" qrupunun ikinci sütununda "Birləşmiş Ərəb Əmirlikləri," sözlərindən sonra "Braziliya Federativ Respublikası, Cənubi Afrika Respublikası," sözləri, "Ç" qrupunda "Moldova Respublikası" sözlərindən sonra ", İraq Respublikası, Vyetnam Sosialist Respublikası" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 2.