CNN telekanalı Azərbaycan haqqında beşgünlük proqramın yayımına başlamışdır

 

 CNN telekanalı Azərbaycan haqqında hazırladığı və "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlanan beşgünlük proqramının yayımına başlamışdır. AzərTAc xəbər verir ki, CNN kanalının tanınmış jurnalisti  Cim Klensinin təqdimatı ilə noyabrın 14-də Bakıdan birbaşa canlı yayımlanan "Odlar yurdunda küləklər şəhəri"  adlı ilk verilişdə bu il müstəqilliyinin iyirmi illiyini qeyd edən Azərbaycanın tarixindən, zəngin neft-qaz sənayesindən, ölkənin dinamik inkişafından, idman və digər sahələrdə əldə olunan möhtəşəm uğurlardan bəhs edilmişdir.

Azərbaycanın qədim tarixə və füsunkar təbiətə malik bir respublika olduğunu deyən jurnalist ölkəmizin qədim dövrlərdən bu günədək "Odlar yurdu" kimi tanındığını vurğulamışdır. O qeyd etmişdir ki, Abşeronda qədim zamanlardan əbədi yanan od olmuşdur  indi də vardır. "Yanar dağ"da torpaqdan şölələnən alov insanları bu gün də heyrətləndirir. Bakıda isə "Atəşgah" adlı qədim məbəd indipaytaxta gələn qonaqların və jurnalistlərin ən çox ziyarət etdikləri yerlərdəndir.

Son illərdə Azərbaycanın dünyada ən sürətli iqtisadi inkişafa malik ölkələrdən biri olduğunu deyən Cim Klensi bu inkişafda neft-qaz sənayesinin böyük rolunu qeyd edərək bir sıra göstəriciləri xüsusi vurğulamışdır. O diqqətə çatdırmışdır ki, 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsul 5 faiz artmış, Beynəlxalq Valyuta Fondu ölkədə 0,2 faizlik artım proqnozlaşdırmışdır. İşsizlik 6 faiz səviyyəsindədir.

CNN telekanalının digər müxbiri Cem Voldon Azərbaycanın neft-qaz strategiyasına toxunaraq bu sahədə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat vermişdir. Reportajda dünyada ilk neftin Azərbaycanda hasil olunduğu, eləcə də neft-qaz sahəsində ölkəmizin böyük ənənələrə malik olduğu dünya tamaşaçısının diqqətinə çatdırılır. Qeyd olunmuşdur ki, açıq dənizdə dünyada ilk neft də məhz Azərbaycanda hasil olunmuşdur. Hazırda Azərbaycanın zəngin qaz ehtiyatları müxtəlif yollarla dünya bazarlarına çatdırılır və ixrac həcmi getdikcə artır. Böyük Britaniyanın bp şirkəti ilə dünyanın iri neft-qaz şirkətləri Azərbaycanda bu sektora milyardlarla dollar sərmayə qoymuşlar.

Cem Voldon Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın müstəsna rol oynadığını və bu rolun getdikcə artdığını bildirir. Jurnalist milli neft strategiyasının reallaşması sahəsində əldə olunan uğurların ölkənin sosial-iqtisadi inkişafına, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılmasına güclü təkan verdiyini xüsusilə qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan hökuməti zəngin neftqaz resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olmuşdur. Neft-qaz gəlirləri, ilk növbədə, ölkənin ən mühüm infrastruktur layihələrinə, sosial sahəyə istiqamətləndirilir. Bu vəsaitlər əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına, regionlarda təhsil və səhiyyə müəssisələrinin inşasına, humanitar və digər sahələrə yönəldilir. Yeni parklar salınır, yollar genişləndirilir, " şəhər" layihəsi həyata keçirilir, məşhur brendlərin məhsullarının satıldığı mağazalar açılır, şəhərdə bənövşəyi rəngli yeni "London taksi"ləri fəaliyyət göstərir və s.

Cem Voldon  qeyd edir ki, Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünyaAvropa çempionatlarında əldə etdiyi mükafatlar ölkənin beynəlxalq idman təşkilatlarında mövqeyinin xeyli güclənməsinə səbəb olmuş və Azərbaycanı dünyada əsl idman ölkəsi kimi tanıtmışdır. Bakı hətta 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə rəsmi namizədlər sırasındadır. Jurnalist Bakını qlobal şəhər adlandıraraq Azərbaycan xalqının mədəni irsinin nadir incilərindən olan İçərişəhərdən də söhbət açmış, xalçaçılıq sənətinin ölkəmizdə geniş vüsət aldığını bildirmişdir. O, həmçinin Bakıda yeni inşa edilən müasir otellərdən söhbət açmış və ölkədə İKT sektorunun sürətlə inkişaf etdiyinə də toxunmuşdur. Sonda Cem Voldon Azərbaycanı Şərq və Qərb arasında coğrafiiqtisadi körpü adlandırmışdır.

Daha sonra tanınmış jurnalist Cim Klensi 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı hazırladığı süjeti təqdim edərək o vaxtdan bu günədək ölkəmizin inanılmaz dərəcədə dəyişdiyini və inkişaf etdiyini vurğulamışdır. Cim Klensi Azərbaycanda böyük şahmat ənənəsinin və bütün dünyada tanınan məşhur şahmatçıların olduğunu bildirmişdir.

Gün ərzində CNN kanalında Azərbaycanla bağlı reklam çarxları da nümayiş olunur.

Azərbaycan haqqında hazırlanmış bu proqramlar noyabrın 18-dək hər gün Bakı vaxtı ilə saat 20.00-da yayımlanacaqdır.

 

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  5.