Azərbaycan Hindistanda keçirilən Beynəlxalq ticarət sərgisində təmsil olunmuşdur

 

 Azərbaycanın Hindistandakı səfirliyi bu ölkədə keçirilən Beynəlxalq Ticarət Sərgisində respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə dair guşə ilə təmsil olunmuşdur.

Sərgidə Heydər Əliyev Fondu, Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri tərəfindən hazırlanmış, ölkəmizin tarixini, milli mədəni irsini, müasir sosial həyatını əks etdirən kitablar, jurnallar, eləcə də  milli geyimlər nümayiş etdirilmişdir.

Sərgiyə gələn ictimaiyyət nümayəndələrinə, iş adamlarına, tələbələrə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan", "Muğam", "Azərbaycan klassik musiqisi", eləcə də Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) "Doing Business in Azerbaijan" DVD-ləri paylanılmışdır.

İyirmi beşdən çox ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq sərgini Hindistanın maliyyə naziri Pranab Mukerci açmışdır. Sərgi noyabrın 27-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-16 noyabr.- S. 9.