Azərbaycan
Prezidenti İlham Əliyev «Euronews» kanalının
Müşahidə Şurasının sədrini və
İcraedici Şuranın baş direktorunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da "Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul etmişdir.
"Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğuladı.
Ötən dövrü "Euronews"
kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq
mərhələsi kimi xarakterizə edən Prezident İlham Əliyev
bu əməkdaşlığın gələcəkdə
daha da genişlənəcəyinə əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 17 noyabr.- S. 1.