Azərbaycan Prezidenti İlham Əliyevin Oğuz rayonuna səfəri

 

 Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət  

 

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında yaşıllıq zolağı salınmış, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S. 1.