Oğuzda Qəhrəmanlar parkı yaradılmışdır

 

 Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı parkda ucaldılmış abidənin önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Bildirildi ki, parkda geniş abadlıq işləri görülmüş, beş min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada "Veteran" kafesi də yaradılmışdır. Qəhrəmanlar parkında quraşdırılan fəvvarələrin kənarları təbii qranitlə üzlənmişdir.

Parkda 600 kvadratmetr ərazi təbii qranitlə üzlənmiş, ümumi sahəsi iki min kvadratmetr olan iki kiçik meydançaparkdaxili gəzinti səkiləri tikilmişdir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.3.