Rusiyanın nüfuzlu «Moskovski komsomolets» qəzetində «Bakıya Londondan baxış» sərlövhəli məqalə dərc olunmuşdur

 

Rusiyanın nüfuzlu "Moskovski komsomolets" qəzetində "Baku" jurnalının ingilisdilli versiyasının birinci nömrəsinin çapdan çıxmasından bəhs edən "Bakıya Londondan baxış" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə bir neçə gün əvvəl Moskvadakı "Multmedia Art Muzey"də "Baku" jurnalının ingilisdilli "Baku İnternational" versiyasının birinci nömrəsinin təqdimatından bəhs edilir.

Qəzet yazır ki, "Baku İnternational" "Vogue", "GQ" və "Glamour" kimi məşhur jurnalların naşiri olan Böyük Britaniyanın "Gonde Nast" nəşriyyat evində çap olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla xanım Əliyeva təqdimat mərasimində çıxış edərək jurnalın ingilisdilli versiyasının konsepsiyasından danışmışdır. "Conde Nast" nəşriyyat evinin baş direktoru Albert Rid isə demişdir ki, jurnalın ingilisdilli versiyasının səhifələrində biz Azərbaycanı dünyaya daha çox tanıtmaq niyyətindəyik.

Məqalənin sonunda təqdimat mərasimində çıxış edən "Natiq ritm qrupu" nağaraçılar ansamblından söhbət açılır.

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17 noyabr.- S. 4.