DTT-nin baş katibi Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun yaradılmasını yüksək qiymətləndirmişdir

 

 Azərbaycanda səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai noyabrın 16-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovla görüşmüşdür.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Arzu Rəhimov qonaqlara Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi barədə məlumat vermiş, xidmətin yaradılmasında zərurət təşkil edən amilləri nəzərə çatdırmışdır.

Taleb Rifai Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olmaqla gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.

O, miqrasiya ilə turizm sahələrinin sıx əlaqədə olduğunu vurğulamış, Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun olmasından məmnunluğunu ifadə etmişdir.

Qonaqlar xidmətin Heydər Əliyev muzeyikitabxana ilə tanış olmuşlar.

Baş katib Taleb Rifai Xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.  4.