Milli İcmaların Koordinasiya Şurasının yaranmasının 2-ci ildönümü qeyd olunmuşdur

 

 Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən noyabrın 16-da "Park İNN" hotelində Beynəlxalq Tolerantlıq Gününə və Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının yaranmasının 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AGAT-ın sədri Gülsel Səfərova ötən iki il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat vermiş və gələcəkdə keçiriləcək tədbirlər barədə danışmışdır. Bildirmişdir ki,  tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi və demokratiya əsasında formalaşır. Hazırda Azərbaycan tolerantlığı sahəsində digər ölkələrə nümunədir.

Vurğulamışdır ki, sədrlik etdiyi təşkilatın təşəbbüsü ilə 2009-cu ildə Cənubi Qafqazda ilk dəfə rus, Ukrayna, yəhudi, türk, tatar, yunanPolşa gənclər təşkilatlarını bir araya toplayıb Milli İcmaların Koordinasiya Şurası yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd milli icmaların gənclər təşkilatları arasında qarşılıqlı əməkdaşlığı təmin etmək, onların Azərbaycanın sosial-mədəni mühitinə inteqrasiyasını daha da sürətləndirmək, tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqa töhfə verməkdir.

Mərasimdə şuranın 2010-2011-ci illər ərzində fəaliyyətinə həsr olunmuş slayd-şou göstərilmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov şuranın fəaliyyətini yüksək qiymətləndirmiş, qarşıya qoyulan məqsəd və vəzifələrin layiqincə yerinə yetirildiyini diqqətə çatdırmışdır. Ölkəmizdə dinindən, milliyyətindən və irqindən asılı olmayaraq, bütün xalqların tolerant mühit şəraitində yaşadığını bildirən V.Səlimov bildirmişdir ki, onlar arasında qarşılıqlı hörmətin formalaşması istiqamətində lazımi şəraitin yaradıldığını diqqətə çatdırmışdır.

Gənclər və İdman Nazirliyinin (GİN) sektor müdiri Fuad Babayev bildirmişdir ki, AGAT Azərbaycanda yaşayan müxtəlif dinimilli  icmalarla, eyni zamanda, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinə öz töhfəsini verməkdədir. Belə ki, AGAT GİN ilə birgə Azərbaycanda yaşayan milli icma və xalqların yaradıcı gənclərinin ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş "Fenomen" adlı bədii müsabiqə keçirmişdir. Layihə nəticəsində ulu öndər Heydər Əliyevin irsi Azərbaycan cəmiyyətində, xüsusən də etnik icmalar arasında daha güclü təbliğ olunmaqla bərabər əsası qoyulmuş azərbaycançılıq ideologiyası ölkəmizdə  yaşayan milli icmaxalqlar arasında işıqlandırılmışdır.

Qeyd edək ki, 1995-ci il noyabrın 16-da UNESKO-nun Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair Bəyannamə qəbul olunmuş və 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü elan olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S. 5.