CNN telekanalının hazırladığı «Azərbaycana nəzər» adlı beşgünlük proqramının ikinci verilişində «Bakı şəhər» layihəsindən bəhs olunmuşdur

 

 Son illərdə Azərbaycanda gedən sürətli inkişaf prosesləri ölkəmizin bütün sahələrdə yüksək tərəqqiyə nail olması ilə müşayiət edilir. Bunun nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır və Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınır. Artıq bütün nailiyyətləri ilə dünyanı heyran qoyan Azərbaycanın bu uğurları məşhur telekanalların da diqqət mərkəzindədir. Dünyanın 200-dən çox ölkəsində izlənilən CNN telekanalının Azərbaycan haqqında hazırladığı "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlı beşgünlük proqramının yayımına başlaması da bu məramdan qaynaqlanır.

AzərTAc xəbər verir ki, CNN kanalının tanınmış jurnalisti Cim Klensinin təqdimatı ilə noyabrın 15-də Azərbaycandan birbaşa canlı yayımlanan ikinci verilişdə paytaxtımızın tarixinə nəzər salınır və "Bakı şəhər" layihəsindən, "Qara şəhər"in Bakının müasir mərkəzlərindən birinə çevrilməsindən, Xəzər dənizi və onun zəngin nemətlərindən bəhs edilmişdir.

C.Klensi Bakının beş min il yaşı olduğunu və Azərbaycanın elm, mədəniyyət və sənaye mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd etmişdir. Onun sözlərinə görə, neftlə zəngin olan Bakı Xəzər dənizində ən böyük limana malikdir.

Jurnalist bildirmişdir ki, 2009-cu ildə Bakı gecə həyatının gözəlliyinə görə dünyanın 10 ən yaxşı şəhərindən biri seçilmişdir.

C.Klensi qeyd etmişdir ki, dünyanın qədim neft sənaye mərkəzlərindən biri olan Bakıda " şəhər" layihəsi həyata keçirilir. Məhz bu layihənin reallaşdırılması nəticəsində "Qara şəhər"in əvvəlki siması keçmişdə qalacaq və paytaxtın bu hissəsi öz təkrarolunmaz cizgiləri ilə regionda aparıcı mövqe tutan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir. "Bakı şəhər" dünyada, ekoloji baxımdan ən iri müasir layihələrdən biri olacaq və 221 hektarlıq ərazini əhatə edəcəkdir.

Jurnalist bildirmişdir ki, hazırda köhnəlmiş sənaye obyektlərinin paytaxtın hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması üzrə konkret tədbirlər həyata keçirilir. Görülən işlərlə bağlı ətraflı məlumat verən C.Klensi demişdir ki, layihə başa çatdıqdan sonra " şəhər"də yerləri açılacaq, dünyada ən iri avtodayanacaq məhz burada olacaqdır. "Bakı şəhər" layihəsi çərçivəsində bulvar xətti daha 1,3 kilometrədək uzadılaraq dünyada ən uzun bulvara çevriləcəkdir. Bulvarda indikindən də iki dəfə böyüköz ölçülərinə görə Parisdəki məşhur seyretmə çarxını üstələyən 65 metrlik seyretmə çarxı quraşdırılacaqdır. " şəhər"in Fəvvarələr meydanı öz ərazisinə görə mövcud Fəvvarələr meydanından iki hektar böyük olacaqdır. Burada paytaxtın ən iri ticarət mərkəzi "Baku City Mall" yerləşəcəkdir. " şəhər" paytaxtın incisi sayılan - Qız qalasından cəmi dörd kilometr aralıda yerləşir.

Verilişdə, həmçinin Azərbaycanın neft-qaz strategiyası, bu sahədə görülən işlər və əldə olunan nəticələr haqqında da məlumat verilmişdir. Reportajda dünyada ilk neftin məhz Azərbaycanda hasil edildiyi, eləcə də, neft-qaz sahəsində ölkəmizin böyük ənənələrə malik olduğu dünya tamaşaçılarının diqqətinə çatdırılır.

Daha sonra verilişdə Xəzər dənizində yaşayandünya bazarında çox qiymətli sayılan nərə balıqlarından, həmçinin qara kürüdən bəhs edilir. Azərbaycanın bu balıqların Xəzərdəki genofondunu ciddi şəkildə qoruması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılmışdır.  

Verilişdə Bakıda hava şəraiti haqqında da məlumat verilmişdir.

Gün ərzində CNN kanalında Azərbaycanla bağlı reklam çarxları da nümayiş olunur.

Azərbaycan haqqında hazırlanmış bu proqramlar noyabrın 18-dək hər gün Bakı vaxtı ilə saat 20.00-da yayımlanacaqdır.

 

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.  7.