Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının
yeni inzibati
binasının açılışı olmuşdur
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, inzibati bina Qax şəhərinin Heydər Əliyev prospektində yerləşir. Binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanılmışdır. Ətrafda əsaslı abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır. Ümumi sahəsi 512 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşə də vardır. İnformasiya-kommunikasiya texnologiyalarının da tətbiq edildiyi yeni binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Binada müasir havalandırma sistemi quraşdırılmışdır.
Bildirildi ki, 1993-cü il sentyabrın 19-da 128 nümayəndənin iştirakı ilə YAP Qax rayon təşkilatının ilk təsis konfransı keçirilmişdir. Qax rayon təşkilatı YAP-ın rayon və şəhər təşkilatlarının yaranma tarixinə görə yeddinci qurumdur. Hazırda rayon təşkilatının 3 min 415 üzvü vardır. Onların 51 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. YAP Qax rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Hazırda rayonda fəaliyyət göstərən bələdiyyələrin tərkibində 119 nəfər YAP üzvü çalışır.
Dövlət başçısı konfrans zalına baxdı.
Sonra Azərbaycan
Prezidenti binanın balkonundan ətrafı seyr etdi. Dövlət başçısına binanın
ətrafında salınan
Gənclik parkında görülmüş işlər
barədə məlumat
verildi. Bildirildi ki, ətraf
ərazidə gənclər
üçün yaşayış
massivi də yaradılacaqdır.
Prezident İlham Əliyev yeni inzibati binanın
açılışı münasibətilə təbriklərini
çatdırdı.
AzərTAc
Azərbaycan.- 2011.-18 noyabr.- S. 4.