Prezident İlham Əliyev Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

 Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazidə yaşıllıq zolağı daha da genişləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 4.