Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti
ilə tanışlıq
Azərbaycan
Prezidenti İlham Əliyev noyabrın 17-də Şəki
Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti
ilə tanış olmuşdur.
Dövlət
başçısı kompleksin yenidənqurmadan əvvəlki
və sonrakı vəziyyətini əks etdirən stendlərə
baxdı.
Məlumat
verildi ki, regionun ən böyük olimpiya idman komplekslərindən
biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər
Heydər Əliyevin iştirakı ilə
açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə
bir çox idman yarışları, təlim məşqləri
və digər ictimai-sosial tədbirlər
keçirilmişdir. Son dövrlərdə isə ərazisi
bir qədər də genişləndirilmiş kompleks
aparılan yenidənqurma işləri nəticəsində
müasir standartlar səviyyəsinə
çatdırılmışdır. Buradan aydın
görünür ki, ölkəmizdə bütün idman
qurumlarının bir yerdə fəaliyyət göstərməsi
uğurlu nəticənin əldə olunmasının əsas
səbəblərindən biridir. Bu sırada Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın idmançılara
olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan
Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın
səmərəli fəaliyyəti bu sahədə ölkəmizin
ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir
sözlə, Azərbaycan dünya idman aləminə nəhəng
mərkəzlərdən biri kimi daxil olmuşdur və nailiyyətin
təməlində ölkəmizdə idmana olan yüksək
münasibət dayanır.
Azərbaycan
Prezidenti voleybol zalına və hovuza baxdı, ikinci mərtəbədəki
konfrans zalında yaradılmış şəraitlə
tanış oldu.
Qeyd
edildi ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən
başlanılmışdır. Sahəsi 8 min kvadratmetr olan
kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı
yaradılmışdır. Kiçik idman zalının sahəsi
isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə
burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli
yarışların keçirilməsinə tam imkan verir.
İdman
və sağlamlıq üçün bütün
infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər
biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240
kvadratmetr sahədə isə trenajor zalı
yaradılmış və zəruri idman avadanlığı
quraşdırılmışdır.
Yenidənqurma
işləri nəticəsində kompleksin ərazisində
1400 kvadratmetr sahəni əhatə edən akvapark
yaradılmışdır. Bütün əyləncə
növlərinin olduğu bu kompleksdə restoran və boulinq
zalı da fəaliyyət göstərəcəkdir. Konfrans
zalının, internet klubun da yaradıldığı Şəki
Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi
olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8
min kvadratmetr sahəsi olan futbol meydançası da
yaradılmışdır. Ərazidəki 27 kottecdə
idmançıların istirahəti üçün
bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər
Şəkidə təşkil olunan yarışlarda iştirak
etməyə gələn idmançıların qalması və
istirahəti üçün nəzərdə tutulmuşdur.
Kompleksdə uşaqların da idman növləri ilə məşğul
olmaları üçün bütün şərait
vardır. Burada balacalar üçün 380 kvadratmetrlik
uşaq əyləncə binası da tikilmişdir. Kompleksdə
yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada
özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən
Azərbaycan həm də nəhəng idman mərkəzinə
çevrilməyi qarşıya məqsəd qoymuşdur. Bu məqsədə
nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini
verir.
Dövlət
başçısı, həmçinin
idmançıların, eləcə də xarici qonaqların
qalması üçün burada yaradılan otaqlara, kotteclərə
və uşaqlar üçün əyləncə və
istirahət mərkəzinə baxdı.
Bildirildi
ki, buradakı "Karvan" restoranında nümunəvi xidmət
göstəriləcəkdir.
Prezident
İlham Əliyev yenidənqurma işlərindən
razılığını
bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 4.