Latviya Respublikasının Prezidenti
zati-aliləri cənab Andris Berzinşə
Hörmətli cənab Prezident!
Ölkənizin
milli bayramı - Latviya Respublikasının elan edilməsi
günü münasibətilə Sizi və bütün
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün
Azərbaycan-Latviya münasibətləri hərtərəfli
inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası
münasibətlərimizin möhkəmləndirilməsi,
ölkələrimizi birləşdirən ənənəvi
dostluq və əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi istiqamətində bundan sonra da səylər
göstərəcəyik.
Belə
bir əlamətdar gündə Sizə ən xoş
arzularımı yetirir, dost Latviya xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 1.