Azərbaycan ilə
Rusiya arasında Xəzər məsələləri
üzrə ikitərəfli məsləhətləşmələr
aparılmışdır
Noyabrın 16-da Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan ilə Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilmişdir.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası Prezidentinin MDB-nin üzvü olan ölkələr ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə Rusiyanın xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Qolovinin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak etmişlər.
Görüşdə keçən il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü zirvə görüşündə qəbul olunmuş sənədlərin icrası ilə əlaqədar bir sıra məsələlər müzakirə edilmiş, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin qarşılıqlı maraq kəsb edən müddəaları ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda Xəzər məsələləri
üzrə ikitərəfli formatda
keçirilən məsləhətləşmələrin əhəmiyyəti
vurğulanmış, bu cür
danışıqların davam etdirilməsinin
vacibliyi qeyd olunmuşdur.
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 7.