AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri xatirə medalı ilə təltif olunmuşdur
Noyabrın 15-də Vaşinqtonun möhtəşəm "Four Seasons" mehmanxanasında Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin səlahiyyətlərini başa çatdırması münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən qəbul təşkil edilmişdir.
Qəbulda ABŞ Dövlət Departamenti, Konqresi və bir sıra digər hökumət qurumlarının nümayəndələri, Vaşinqtonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri və Amerikada yaşayan Azərbaycan icmasının fəalları iştirak etmişlər. Tədbirdə Yaşar Əliyev bir sıra şəxslərə respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təsis edilən xatirə medalı təqdim etmişdir.
Təltif edilənlər arasında AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri Şəfəq Mehrəliyeva da vardır. Yaşar Əliyev xatirə medalını təqdim edərkən agentlik tərəfindən səfirliyin fəaliyyətinin mütəmadi işıqlandırılmasına görə minnətdarlığını bildirmiş və AzərTAc-ın xüsusi müxbirinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafına töhfə verdiyini xüsusi qeyd etmişdir.
Bürüncdən hazırlanmış xatirə medalının bir üzündə Azərbaycanın gerbi və ingilis dilində "Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü" 1991-2011", digər üzündə isə ölkəmizin xəritəsi və "Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi" sözləri əks olunmuşdur.
Qeyd edək ki, Azərbaycan-ABŞ münasibətlərinin
inkişafındakı xidmətlərə görə Birləşmiş
Ştatların bir sıra nüfuzlu
ictimai xadimləri də həmin xatirə
medalı ilə bu ilin
oktyabr ayında təltif olunmuşdular.
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 11.