Qəbələdə daha bir müəssisə - limonad zavodu işə başlamışdır

 

 Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Gilan Qəbələ Konserv Zavodu" MMC-nin  Qəbələ limonad zavodunun açılışında iştirak etmişdir.

Dövlət başçısı zavodu işə saldı.

Məlumat verildi ki, tikintisinə bu ilin martında başlanılmış müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsinin bəhrəsidir. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutacaq müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın "Podovan" şirkəti tərəfindən quraşdırılmışdır. İstehsal prosesi tam avtomatlaşdırılmışdır. Zavodun prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövcud olan bütün prosesləri əhatə edir.

Prezident İlham Əliyev müəssisənin istehsal prosesini izlədi.

Qeyd olundu ki, zavodda beş çeşiddə məhsul - kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı qazsız sular hazırlanacaqdır. Məhsullar müxtəlif tutumlu plastik şüşə qablarda bazara çıxarılacaqdır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin ediləcəkdir.

Dövlət başçısı "Gilan Holdinq"ə daxil olan Lənkəran Qəbələ konserv zavodlarında, eləcə yeni istifadəyə verilən Qəbələ limonad zavodunda hazırlanan məhsulların sərgisinə baxdı.

Diqqətə çatdırıldı ki, yerli xarici bazarın tələblərinə cavab verən bu məhsulların nümunələri bir çox ölkələrin nümayəndələri tərəfindən laborator analizdən keçirilərək yüksək qiymət almışdır. Buna görə həmin müəssisələrdə istehsal olunan məhsullar Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikaların, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılmışdır. Başlıca prinsiplərdən biri məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə müəssisələr yerli fermerlərin köməyi ilə ölkəmizin bütün regionlarından meyvə tərəvəz məhsulları qəbul edir. Bu, zavodlardan sifariş alan on minlərlə insanın meyvə tərəvəz məhsullarının becərilməsinə yetişdirilməsinə marağını daha da artırır. Bu da ölkəmizdə aqrar sahənin inkişafında mühüm rol oynayan amildir.

Dövlət başçısı müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 noyabr.- S. 4.