Rayon icra hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir

 

 Noyabrın 17-də Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, müasir standartlara cavab verən binanın təməli ötən ilin martında qoyulmuş, inşaat işləri isə bu ilin oktyabrında başa çatdırılmışdır. Bütün otaqlar zəruri mebeltexniki avadanlıqla təchiz olunmuş, yüksək səviyyədə şəraiti yaradılmışdır.

Qeyd edildi ki, binanın ətrafında geniş yaşıllaşdırma işləri aparılmış, iki müasir fəvvarə, mükəmməl işıqlandırma sistemi quraşdırılmışdır. Binanın qarşısında mərmər üzərində Azərbaycanın xəritəsi yaradılmışdır. İcra hakimiyyətinin yeni inzibati binası rayonun ümumi görüntüsünə də xüsusi gözəllik verir. Binanın ayrıca  qazanxanası, transformator yarımstansiyası, iki su anbarı, artezian quyuları vardır.

Bildirildi ki, bina üçün ərazi xüsusi olaraq seçilmişdir. Foyedə Qəbələ rayonunun inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada həmçinin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı fəaliyyətlərini əks etdirən fotoguşə yaradılmışdır.

Qeyd edildi ki, ümumilikdə 50 otağının yaradıldığı binanın daxili də yüksək zövqlə tərtib edilmişdir. Üçüncü mərtəbədəki 152 yerlik akt zalı müasir texniki avadanlıqla təchiz olunmuşdur. Burada ayrıca tərcümə otağı, kiçik konfrans zalı, 40 yerlik yeməkxana da vardır.

Qeyd edildi ki, yeni inzibati binada işçilərin asudə vaxtlarını səmərəli keçirmələri də nəzərə alınmışdır. Binanın zirzəmi qatında xüsusi istirahət otağı, eləcə də stolüstü tennisbilyard masalarının quraşdırıldığı idman zalı vardır. Kitabxana, anbar, arxiv otağı və böhran vəziyyətində idarəetmə məntəqəsi də bu qatda yerləşir.

Prezident İlham Əliyev idarəetmə məntəqəsi ilə tanış oldu. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, BumNic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları vardır.

Dövlət başçısı binanın balkonundan ətrafı seyr etdi.

Azərbaycan Prezidenti görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 4.