Azərbaycanda vətəndaş
həmrəyliyi, vətəndaş birliyi
var
Əli Həsənov: "Azərbaycanın
bir sıra müxalifətçiləri dövlətə,
millətə xəyanət yolunu tutublar"
Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli HƏSƏNOVUN APA-ya
müsahibəsi
- Bir müddət əvvəl ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay belə bir açıqlama ilə çıxış etdi ki, Azərbaycanda iqtidar və müxalifətdən dialoq təşəbbüsü yoxdur. Doğrudanmı ölkədə dialoq, dialoq təşəbbüsü yoxdur?
- Bilirsiniz, dialoqla
bağlı məsələyə dəfələrlə
münasibət bildirmişik ki, cəmiyyətdə dialoq
həmişə mövcuddur. Bu dialoq müxtəlif
vasitələrlə aparılır. Məsələn, KİV
vasitəsilə müxalifət iqtidara, iqtidar müxalifətə sözünü
deyir, parlament
iclaslarında iqtidar və müxalifət
deputatları bu və digər məsələləri
müzakirə edirlər ki, bu özü də bir dialoqdur.
Ayrı-ayrı konfranslarda, toplantılarda
biz müxalifət nümayəndələri,
partiya təmsilçiləri ilə dialoq aparırıq. Mən bundan
fərqli dialoqu təsəvvür edə
bilmirəm. Məsələn, Liviyada Qəzzafinin
əleyhdarları ilə tərəfdarları arasında
müharibə gedirdi. Bu
müharibəni dayandırıb, bir dialoqa gəlmək orada bir çağırış idi.
Bu sözləri Misirdəki
inqilabçılarla dövlətin ordusu
arasında gedən müharibəyə də aid
etmək olar ki, dialoq çağırışları orada da var
idi. Bu çağırışlar silahlı
qarşıdurmanın dayandırılmasından ötrü edilirdi. Əgər
söhbət belə bir dialoqdan
gedirsə, hesab edirik ki, Azərbaycanda buna ehtiyac yoxdur. Çünki Azərbaycanda vətəndaş
həmrəyliyi, vətəndaş birliyi
var. İnsanlar sakit, rahat yaşayır,
gündəlik işləri ilə məşğuldurlar.
Hakimiyyətdəkilər də, hakimiyyətə müxalif olanlar da öz işləri ilə
məşğul olurlar. Seçkidən-seçkiyə
iqtidar da, müxalifət
də yarışa çıxır, kim daha çox səs
qazanırsa, o da müvafiq olaraq hakimiyyət
mandatlarına yiyələnir və s. Bunlar normal proseslərdir. Burada ayrıca dialoq tələbləri
qoymaq, sadəcə, gündəmə gəlmək
üçün əlavə vasitədir,
cəhddir. Ola bilsin, cəmiyyətin,
dövlətin ictimai-siyasi həyatının
gündəminə effektiv təsir
göstərə bilməyən insanlar bu yolla fəaliyyətdə
olduqlarını sərgiləmək istəyirlər.
-
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
Azərbaycanın müxalifət partiyalarına aksiya
keçirmək üçün təklif olunan Səbail
rayonunun ərazisində yerləşən meydan təmir olunsa
da, müxalifət partiyalarının təmsilçiləri
həmin yerdə aksiya keçirmək niyyətində
olmadıqlarını bildiriblər. Buna münasibətiniz necədir?
-
Sözün düzü, bu məsələni Prezident
Administrasiyası səviyyəsinə qaldırıb siyasiləşdirmək
istəmirəm. Siyasi partiyaların kampaniya aparmaq, seçiciləri
ilə görüşmək, öz fikirlərini
insanlara çatdırmaq üçün
imkanları və haqları var. Bunlar - mitinq, seçki dövründə təşviqat məqsədilə
görüşlər keçirmək və s.
- konkret olaraq yerli qurumlarla həll olunacaq məsələlərdir. Bu və digər imkanlar daim yaradılıb, bundan sonra da yaradılacaq. Azərbaycan
demokratik dövlətdir, dövlət həyatında
baş verən proseslər, o cümlədən siyasi plüralizm, demokratik
yarış mühiti indiyədək olduğu kimi, bundan sonra da
olacaq.
- Bu
yaxınlarda bəzi qəzetlərdə İctimai Palatanın
2 aprel aksiyasında tutulan şəxslərin azadlığa
buraxılacağı haqda məlumat verilmişdi. Bu, nə qədər
doğru xəbərdir?
- Əlbəttə, hər bir həbsdə olan insanın azadlığa çıxması eyni zamanda, hakimiyyətin ən böyük arzusudur, istəyidir. Heç bir hakimiyyət istəməz ki, onun cəmiyyətində azadlıqdan məhrum olunaraq həbs edilmiş insanlar olsun, insanlar qanunları, asayişi, normaları pozsun, başqalarının istirahətinə mane olsun, başqalarına xəsarət yetirsin, nəticədə cəza alsın. Bunu heç bir hakimiyyət istəməz, biz də istəmirik. Biz də arzu edirik ki, o insanlar yaxın zamanlarda çıxsınlar, normal vətəndaş həyatı yaşamaqda davam etsinlər. Amma ictimai asayişi və qanunları, şəhərin sabit həyatını pozan, polisə müqavimət göstərən, asayiş keşikçilərinə həqarət yağdıran, onları daşa basan, insanların mülkiyyətinə, əmlakına zərər vuran, dükanlarını dağıdan insan üçün başqa tərbiyə yolu, nümunəsi yoxdur. Biz hüquqi dövlət qururuq. Biz bu hüquqi dövləti qurmağı dünyadan, Avropadan öyrənmişik. Bütün dünyada olduğu kimi, bizdə də bu əməlləri törədən insanlar həbsə məhkum olunurlar. Bu, Avropada da, Amerikada da, dünyanın digər yerlərində də belədir. Kimsə hesab edirsə ki, bu, yalnız bizim ölkədə baş verir, böyük səhv edir.
- Həbsdən
söz düşmüşkən, bəzi müxalifət
partiyaları və qəzetləri "Xural" qəzetinin təsisçisi
və baş redaktoru Əvəz Zeynallının həbsinin
siyasi sifariş olduğunu iddia edirlər...
- Mən
bu məsələyə münasibət bildirmək istəmirəm.
Çünki adını çəkdiyiniz
adamın hazırda istintaqı gedir. Mənim
işlədəcəyim hər hansı fikir,
ifadə qarşı tərəfdən məhkəməyə
təsir, təzyiq kimi görülə
bilər. Ona görə də istəyirəm
ki, məhkəmə işə ədalətli
şəkildə baxsın. Amma onu bildirmək istəyirəm ki, illərlə həmin müxalifət
partiyalarının, o cümlədən
müxalifət təmsilçilərinin, ayrı-ayrı qəzet
nümayəndələrinin həm "Xural"
qəzetinə, həm də bu gün hüquqlarını müdafiə
etdikləri digər qəzetlərin əməkdaşlarına
qarşı məhkəmə iddiaları olub.
Prosesləri də udublar, sadəcə, məhkəmə
qərarlarına tabesizlik olduğundan
qərarlar icra edilməyib. Bu gün ortada
millət vəkilinin və digərlərinin konkret
şikayətləri var. Məhkəmə
qərarı olandan sonra,
məsələnin ictimai müzakirəsi
zamanı mən də fikrimi bildirəcəyəm.
-
Jurnalistlər üçün nəzərdə tutulmuş
binanın təməlqoyma vaxtı ilə bağlı müxtəlif
açıqlamalar verilib. Lakin bu günə qədər binanın təməli
qoyulmayıb. Jurnalistlər üçün
nəzərdə tutulmuş binanın tikintisinin yubanmasının səbəbi nədir?
-
Sağlıq olsun, 2013-cü ilin avqust ayında jurnalistlərin
binasının açılışını edib, orderləri
paylayacağıq. Jurnalistlərimiz 21 aydan sonra 154 mənzilli,
2 bloklu, qarajlı və digər təminatları olan,
yalnız mebelə ehtiyacı olacaq mənzillər alacaqlar.
-
Ziyalılar Forumunun keçirilməsi və professor Rafiq Əliyevin
Neft Akademiyasının kafedra müdiri vəzifəsindən
çıxarılmasına münasibətinizi bilmək istərdik...
-
Sözün düzü, bu məsələyə də
bilavasitə münasibət bildirmək, bununla da məsələni
siyasiləşdirmək istəmirəm. Amma eyni
zamanda, təəssüf edirəm ki, bu məsələni
siyasiləşdirməyə cəhd göstərənlər var. Əvvəla, "forum"
adlandırdığınız 16-17 nəfərin iştirak etdiyi "Eldar Namazovun qrupu"nun iclasına qədər
Rafiq Əliyev kafedra müdiri vəzifəsindən
çıxarılmışdı. Lakin
ali məktəbdə professor
vəzifəsi saxlanmaq şərti ilə...
Bu gün bir insanın kafedra rəhbəri
olması, yaxud kiminsə təyinatı,
kiminsə çıxarılması məsələləri təhsil
qanunvericiliyi ilə bir
ali məktəbin daxili
işidir. Bir ali məktəbin daxili işini siyasiləşdirib,
az qala beynəlxalq səviyyəyə
qaldırmağın özü onu göstərir ki, bəlli
siyasi qüvvələr daxildə və
xaricdə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmaq istəyir.
Bəziləri insanları, ziyalıları, ali
təhsilli şəxsləri, ali məktəblərin
ayrı-ayrı kateqoriyadan olan
müəllimlərini bir-birinə qarşı qoymağa, bundan istifadə
edərək kimlərinsə siyasi
ambisiyasını təmin etməyə
çalışırlar. Eldar Namazov uzun müddət məmur
olub, Prezident
Administrasiyasında çalışıb. Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin
idarəçiliyi istiqamətində keçirdiyi
tədbirləri günah, nöqsan,
həqarət sayırsa, Eldar Namazovun özü
onları vaxtilə həyata keçirib, özü də bunu
indikindən qat-qat sərt şəkildə
edib. Dövlət vəzifəsindən
qovulan bir adamın
dövlətə qarşı belə həqarəti tam anlaşılandır. Eyni
zamanda, qarşıdan seçki
gəlir, Eldar Namazov bəyan
edib ki, seçkilərdə
iştirak edəcək və onun bütün bu hərəkətləri seçkilərdə
namizəd kimi iştiraka
hesablanıb. Deməli, ətrafına insan
yığmaq istəyir. Həmin insanları hansısa şəraitə,
situasiyaya salıb dövlətlə, cəmiyyətlə
müəyyən qarşıdurmaya gətirib, bununla,
siyasətin gündəminə gəlməyə
çalışır. Amma hansı yolla gündəmə
gəlir-gəlsin, əgər siyasətçi siyasi fəaliyyətində səmimi deyilsə,
onun siyasi fəaliyyəti
cəmiyyətin istək və arzuları ilə
üst-üstə düşmürsə, insanlar
tərəfindən dəstəklənmirsə, insanlar səmimi şəkildə onun simasında gələcək liderlərini
görmürlərsə, hansı yola əl
atır-atsın, bunlar sabun
köpüyü effekti
verə biləcək şeylərdir. Bir alimin bəlli bir fəaliyyət
imkanları var, hər bir
insan bəlli bir mərhələdən
sonra tutduğu vəzifəni
tərk etməlidir, bu, həyatın, cəmiyyətin
qanunudur. Heç kim də cəmiyyətin, həyatın qanununa qarşı çıxıb cəmiyyətdə,
həyatda lider ola,
uzunmüddətli şöhrət qazana
bilməz.
-
Baş verənlərə müxalifət partiyaları və
qəzetlərinin baxışını, münasibətini necə
qarşılayırsınız?
- Əlbəttə,
bir-iki müxalifət partiyası və müxalifət
"lider"i, onların maliyyələşdirdiyi, xaricdən
maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada
Azərbaycanla bağlı nə pis şey var, çəkib
ölkəyə gətirirlər. Azərbaycan dövlətinə,
iqtidarına, xalqına nə qədər pisdirsə, onlar üçün bir o qədər
yaxşıdır. Azərbaycan dövlətinə, xalqına
nə qədər yaxşıdırsa, onlar
üçün bir o qədər pisdir. Bu insanlar Azərbaycan
dövlətinin müvəffəqiyyətlərindən gecə-gündüz
əriyirlər. Sanki bu
millət onlar üçün
düşməndir. Hətta vəziyyət o
həddə çatıb ki, "Eurovision" yarışının, beynəlxalq
konfransların, tədbirlərin Azərbaycanda keçirilməməsi
üçün səbəb
axtarırlar. Azərbaycanın dünyada
yaxşı dövlət kimi
tanınmamasını istəyirlər, bundan
ötrü hər şeyə əl
atırlar. İnanın, son dövrlərdə
dünyanın heç bir
ölkəsində bu xislətli
müxalifətə rast gəlməmişəm.
Nə Ermənistanda, nə Gürcüstanda,
nə Rusiyada, nə bizi
əhatə edən digər post-sovet
ölkələrində, nə Avropada bu xislətli müxalifət var.
Hətta Afrika ölkələrində
belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur, daha bunlar kimi dövlətə,
millətə xəyanət yolunu tutmurlar. Əlbəttə, bu
dediklərimi bütün müxalifətə,
bütün müxalifət mətbuatına
şamil etmirəm. Amma bir-ikisi var ki,
onlar məhz dediyim yolu tutublar. Biri xaricdə oturub, guya ki, Azərbaycan
xalqının dərdini
çəkir... Adama sual
verən lazımdır
ki, axı sənin bu xalqa
aidiyyətin, bu xalqla bağlılığın
varmı? Sən
bu xalqın dərdini çəkəndinsə,
niyə Azərbaycan xalqından oğurladığın
sərvətləri neçə
ildir, xaricdə dağıdırsan! Belə məsələləri
görəndə, bu müxalifətə görə
sadəcə utanıram.
Bu yaxınlarda Gürcüstanda ATƏT-in təşkilatçılığı
ilə bir tədbir keçirilib.
Orada bizimkilər özlərini
o qədər aşağı
səviyyədə aparıblar
ki, mən bunu orada iştirak
edən işçimizdən
eşidəndə, dəhşətə
gəldim. Dəfələrlə
televiziyada görmüsünüz
yəqin, erməni ilə konyak vurub, Azərbaycanın gələcək müvəffəqiyyətlərinin
sağlığına içirlər...
Bizə dəfələrlə Avropa
və dünya ölkələrindən informasiyalar
daxil olub ki, həmin o adlarını çəkmək
istəmədiyim müxalifət
partiyalarının sədrləri
bəzi beynəlxalq təşkilatlarda söz veriblər ki, "Siz bizi hakimiyyətə
gətirin, Dağlıq
Qarabağ problemini siz istədiyiniz şəkildə həll edək, Cənubi Qafqazda nə istəyirsiniz edək".
Adam belə şəxslərlə
bir ölkədə yaşadığına, onlarla
eyni dövlətin vətəndaşı olduğuna
görə utanır.
- Dağlıq Qarabağ
danışıqları ilə
bağlı hazırkı
vəziyyəti necə
qiymətləndirirsiniz?
- Ümumi durum, əlbəttə,
könülaçan deyil.
Azərbaycan tərəfi danışıqların
bu dinamizmindən razı deyil. Cənab Prezident də dəfələrlə bəyan
edib ki, bu vəziyyət bizi qane etmir.
Ümidverici yeganə məqam
odur ki, mövcud "status-kvo"nun
davam etməsinin qeyri-mümkünlüyü ilə
bağlı həmsədr
ölkələrin iradəsi
ortadadır. Həm
ABŞ, həm Fransa, həm də Rusiya tərəfi, o cümlədən dövlət
başçıları səviyyəsində
son bir ildə bəyan ediblər ki, mövcud "status-kvo" davam edə bilməz, Dağlıq Qarabağ problemi bu vəziyyətdən
çıxmalı, məsələ
həll olunmalıdır.
Biz buna ümid
edərək danışıqları
davam etdiririk və güman edirik ki, bu
üç dövlətin
iradəsi özündə
müəyyən təzyiq
mexanizmlərini də
ehtiva etməklə Ermənistanı konstruktiv
yola gətirə bilər. Çünki bu ölkələrin
iradəsindən, onların
Ermənistana göstərəcəyi
təzyiqdən çox
şey asılıdır.
Azərbaycan.-
2011.- 19 noyabr.- S.6.