Azərbaycan
Prezidenti İlham Əliyev Avropa Komissiyasının
vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 19-da Avropa Komissiyasının
vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul
etmişdir.
Siim
Kallas dövlətimizin başçısını Azərbaycan
Respublikasının BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi münasibətilə təbrik etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu, əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, eyni zamanda TRASEKA proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 20 noyabr.- S. 1.