«TURAN Aşiqləri»
Bu günlərdə "YEK Production" şirkətinin mətbəəsində yazıçı-publisist Hacı Nərimanoğlunun "TURAN Aşiqləri" kitabı çapdan çıxmışdır.
Qeyd edək ki, 2011-ci il ümumtürk tarixinə şərəfli səhifələr yazmış Türkiyə Cümhuriyyətinin qurucusu, UNESCO tərəfindən XX əsrin bir nömrəli şəxsiyyəti elan edilmiş Mustafa Kamal Atatürkün 130, ulu öndər Atatürkün "Ətimin və sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır", - dediyi, böyük mütəfəkkir, şair, sosioloq Ziya Göyalpın 135, Osmanlı İmperatorluğunun sonuncu hərbi naziri, TURAN ideyası uğrunda mücahid və şəhid olan Ənvər Paşanın 130, 93 il əvvəl Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu gerçəkləşdirən qəhrəman sərkərdə, Qafqaz İslam Ordusu Komandanı Nuru Paşanın anadan olmasının 122-ci ildönümüdür.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan 4 bölümdən ibarət "TURAN Aşiqləri" kitabı da ayrı-ayrılıqda bu şəxsiyyətlərin coşqun mübarizə dolu ömür yolları, fəaliyyətləri, ideyaları, Azərbaycana və türk dünyasına sonsuz sevgiləri, türk xalqlarının birliyi, işıqlı gələcəyi uğrunda mücadiləsindən bəhs edir.
Kitabda ümummilli liderimiz Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin türk birliyi haqqında fikir və düşüncələrinə, Azərbaycan-Türkiyə qardaşlığının dünyada misli olmayan səviyyəyə çatmasında əvəzsiz xidmətlərinə, ümumtürk birliyinin bərqərar olması istiqamətində göstərdikləri çox dəyərli təşəbbüslərə də xüsusi yer ayrılmışdır.
Müəllif tərəfindən
yazılmış "Ön söz"də
qeyd edildiyi kimi, Türkiyə Cümhuriyyətinin
qurulmasının 88-ci və Azərbaycanın Dövlət
Müstəqilliyinin bərpasının 20-ci
ildönümündə həyatları Türkiyə və
Azərbaycanın azadlığı, istiqlalı, birliyi uğrunda
çarpışmalarda keçən insanların
mübarizə dolu ömür
yollarına kitab həsr edilməsi bu mənada tamamilə təbiidir, bütün məkrli qüvvələrin səylərinə
baxmayaraq, xalqımızın Türkiyə torpağına, Anadolu
insanlarının "Can Azərbaycan"
sevgisinin ifadəsidir. Kitab həmin
mənəvi borc düşüncəsi
ilə, son vaxtlar hər
iki ölkə iqtidarının uzaqgörən,
müdrik siyasətinin nəticəsi olaraq özünün ən
yüksək zirvələrinə çatmış Türkiyə-Azərbaycan
qardaşlığını, birlik və
bərabərliyimizi əbədi görmək arzusu
ilə yazılmışdır.
Azərbaycan.- 2011.- 20 noyabr.- S. 8.