Şəki, Qəbələ,
Qax və Oğuz
rayonlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son
illərdə ölkənin bütün bölgələrində
olduğu kimi, Şəki, Qəbələ, Qax və Oğuz
rayonlarında da bir sıra mühüm infrastruktur layihələri
həyata keçirilmiş, müasir tələblərə
cavab verən sosialyönümlü obyektlər inşa
edilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri,
o cümlədən turizmin inkişafı üçün əsaslı
tədbirlər görülmüşdür.
Bu istiqamətdə işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin göstərilən rayonlar üzrə həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəki, Qəbələ, Qax və Oğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şəki, Qəbələ, Qax və Oğuz rayonlarının icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 noyabr 2011-ci il
Azərbaycan.-
2011.- 22 noyabr.- S.1.