Azərbaycan
Respublikası Hökuməti və Estoniya
Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 112-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş"in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Komissiyanın
üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Azər
Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Natiq Abbasov -
Azərbaycan Respublikası
sənaye və energetika nazirinin müavini
Sahib Ələkbərov - Azərbaycan
Respublikası vergilər
nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin birinci müavini
Xəqani
Abdullayev - Azərbaycan
Respublikası Mərkəzi
Bankının İdarə
Heyəti sədrinin müavini
Tofiq Zülfüqarov - Azərbaycan
Respublikasının Estoniya
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən Azərbaycan
Respublikası Hökuməti
və Estoniya Respublikası Hökuməti
arasında ticarət-iqtisadi
əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi barədə
Estoniya Respublikası tərəfinə müvafiq
bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr
2011-ci il
Azərbaycan.- 2011.- 22 noyabr.- S. 1.