ABŞ-ın və
Azərbaycanın hərbi dəniz qüvvələri
arasında əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev noyabrın 21-də ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusla görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Səfər Əbiyev ABŞ-ın və Azərbaycanın hərbi dəniz qüvvələri arasında əlaqələrin mövcud durumundan danışmışdır. Rey Mabus səfərinin ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin tərkib hissəsi kimi qiymətləndirməyin vacibliyini vurğulamışdır.
ABŞ-ın Azərbaycandakı səfiri Mətyu
Brayzənin də iştirak etdiyi görüşdə regiondakı vəziyyət,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ətrafında fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 22 noyabr.- S. 2.