Rumıniya
parlamentində Dağlıq Qarabağ
münaqişəsi müzakirə olunmuşdur
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasının enerji komitəsinin sədri Fuad Muradov Rumıniyada səfərdədir.
F.Muradov noyabrın 21-də Rumıniya Parlamentində bir sıra görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycan-Rumıniya əlaqələrinin inkişafı, parlamentlərarası dostluq qrupunun fəaliyyəti və s. məsələlər müzakirə olunmuşdur.
Qlobal maliyyə böhranının nəticələri, Azərbaycanın iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyi, regional münaqişələr, eləcə də Dağlıq Qarabağ problemi və bu problemlərin həllində parlamentlərin rolu diqqət mərkəzində olmuşdur.
F.Muradov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal edildiyini, bir milyondan artıq vətəndaşın öz doğma yurdlarından məcburi olaraq çıxarıldığını, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini rumıniyalı deputatların diqqətinə çatdırmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-22 noyabr.- S. 2.