Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada azərbaycanlı tələbələr arasında intellektual bilik yarışması keçirilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "AMOR Liqası" çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında "Nə? Harada? Nə vaxt?" yarışmasının seçmə oyunu keçirilmişdir.

"AMOR Liqası"nın əlaqələndiricisi Natiq Əliyevin AzərTAc-ın müxbiri T.Quliyevə verdiyi məlumata görə, yarışda Rusiyanın 14 tanınmış universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbirin aparıcısı "? Harada? vaxt?" Klubları Beynəlxalq Assosiasiyasının "Büllur bayquş" mükafatına layiq görülmüş Rövşən Əsgərov olmuşdur.

Gərgin keçən mübarizədə Moskva Maliyyə Universitetinin komandası qalib gələrək final oyununda iştirak etmək hüququ qazanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S. 3.