Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlamışdır

 

Noyabrın 20-dən Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlamışdır. AzərTAc xəbər verir ki, yeni televiziya kanalı "Heydərbaba" adlanır.

HBTV brendi ilə efirə çıxan telekanal həftədə üç dəfə - cümə axşamı, cümə və şənbə günləri yerli "Rogers" televiziyasından Azərbaycan dilində yayımlanacaqdır.

Telekanalın əsas məqsədi Azərbaycanın tarixi, musiqisi və mədəniyyətini yerli ictimaiyyətə tanıtmaqdır.

"Rogers" televiziyasından digər bir Azərbaycan telekanalı - AzCanTV də yayımlanır.

 

 

Azərbaycan.- 2011.- 22 noyabr.- S. 3.