Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, «İtoçi» korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul edib

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, "İtoçi" korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul edib.

Yoiçi Kobayaşi ölkəmizə bundan əvvəlki səfərini xatırlayaraq ötən dövr ərzində paytaxtda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Eyni zamanda, görüşdə Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti yüksək qiymətləndirildi, Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorundakı və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrindəki fəaliyyətinin önəmi qeyd edildi, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 noyabr.- S. 1.