Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli
276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin vahid
miqrasiya məlumat sistemi
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin
vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”ni “Əmək
miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 25 iyun tarixli 452 nömrəli Fərmanına
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 6, maddə 491) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.
Aşağıdakı məzmunda 10.4-1-ci, 10.4-2-ci, 10.13-1-ci -
10.13-3-cü bəndlər əlavə edilsin:
“10.4-1.
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirmək üçün fərdi icazələrin fərdi
olaraq doldurulması, verilməsi və bu barədə məlumatların
Sistemə daxil edilməsi;
10.4-2.
Azərbaycan Respublikasının ərazisində əcnəbi
işçi qüvvəsini cəlb etmək və ondan istifadə
etmək üçün icazə verilmiş hüquqi və
fiziki şəxslər barədə məlumatların Sistemə
daxil edilməsi;”;
“10.13-1.
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyətinin həyata
keçirilməsi üçün fərdi icazə almaq və
ya onun müddətini uzatmaq məqsədi ilə müraciət
etmiş, lakin rədd cavabı almış əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
haqqında məlumatların Sistemə daxil edilməsi;
10.13-2.
Azərbaycan Respublikasının ərazisində haqqı
ödənilən əmək fəaliyyətini həyata
keçirmək üçün fərdi icazəsi ləğv
edilmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər haqqında məlumatların Sistemə
daxil edilməsi;
10.13-3.
Azərbaycan Respublikasının ərazisində əcnəbi
işçi qüvvəsini cəlb etmək və ondan istifadə
etmək üçün icazə almaq məqsədi ilə
müraciət etmiş, lakin rədd cavabı almış
hüquqi və fiziki şəxslər haqqında məlumatların
Sistemə daxil edilməsi;”.
2.
10.16-cı bənd, 11.5.1-ci və 11.5.2-ci yarımbəndlər
ləğv edilsin.
3.
Aşağıdakı məzmunda 11.5.6-cı yarımbənd əlavə
edilsin:
“11.5.6.
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirmək üçün fərdi icazələrin
verilməsi və onların müddətinin uzadılması
üçün rəylər;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 noyabr
2011-ci il.
Azərbaycan.- 2011.- 23 noyabr.- S. 1.