Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni “Əmək
miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 25 iyun tarixli 452 nömrəli Fərmanına
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1.
3.1.41-ci və 3.1.43-cü yarımbəndlər ləğv
edilsin.
2.
3.1.44-cü yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“3.1.44.
Azərbaycan Respublikasının ərazisində əcnəbi
işçi qüvvəsini cəlb etmək və ondan istifadə
etmək üçün icazələrin, habelə əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirmək üçün fərdi icazələrin
verilməsinə və onların müddətinin
uzadılmasına rəy vermək; ”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 noyabr
2011-ci il.
Azərbaycan.- 2011.- 23 noyabr.- S. 1.