Akademik Ramiz Mehdiyevin müsahibəsi Düşənbədəki «Avesta» İnformasiya Agentliyinin saytında yerləşdirilmiş, səfirliklər və beynəlxalq nümayəndəliklər, redaksiyalar arasında yayılmışdır

 

Azərbaycanın Tacikistandakı səfirliyindən verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinskiy Raboçiy" qəzetində dərc edilmiş "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli geniş müsahibəsi Düşənbədəki "Avesta" informasiya Agentliyinin saytında - avesta.tj yerləşdirilmişdir.

Bu müsahibə səfirliyimiz tərəfindən Tacikistanın Xarici İşlər Nazirliyi, Düşənbədə akkreditə olmuş diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar və KİV arasında geniş yayılmışdır.

Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov bildirmişdir ki, müsahibədə müasir dövrün aktual problemləri, ermənilərin etnogeneziQafqaz regionuna gəlmələri tarixi faktlarla əsaslandırılır. Məhz indiki zamanda bu məsələ çox aktual olduğu üçün biz bu materialı yaymağı qərara aldıq.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə

 

Azərbaycan.- 2011.- 23 noyabr.- S. 1.