«Xocalıya ədalət» beynəlxalq
kampaniyası çərçivəsində 2012-ci ildə bir milyona yaxın imza toplanacaqdır
"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində 2012-ci ildə bir milyona yaxın imza toplanacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) baş katibi Elşad İsgəndərov demişdir.
Baş katib vurğulamışdır ki, DƏ-İKGF tərəfindən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soyqırımının 20-ci ildönümü ilə bağlı gələn il silsilə tədbirlər həyata keçiriləcəkdir. Kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə faciə ilə bağlı sənədli filmin təqdim olunması və 50-dək xarici ölkədə kütləvi aksiyaların keçirilməsi planlaşdırılır.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkədən
51-nin DƏ-İKGF-nin də üzvü olduğunu deyən E.İsgəndərov
vurğulamışdır ki, Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində forum
bir sıra proqramlar həyata
keçirmişdir.
Azərbaycan.- 2011.- 23 noyabr.- S. 3.