Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamə

 

 Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi (bundan sonra - Agentlik) balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) əmr və göstərişlərini rəhbər tutur.

3. Agentlik öz vəzifələrini yerinə yetirərkən Nazirlikonun tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplarablanklara malikdir.

5. Agentliyin saxlanması və fəaliyyəti Nazirliyə ayrılmış büdcə vəsaitləri, tabeliyindəki hüquqi şəxslər tərəfindən əldə olunan vəsaitlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

7.2. su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin və dövlət əhəmiyyətli su anbarlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;

7.3. aidiyyəti qurumların iştirakı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək;

7.4. aidiyyəti qurumların iştirakı ilə dövlət əhəmiyyətli su anbarlarının səmərəli istismarı ilə bağlı tədbirlər görmək;

7.5. balansındakı su obyektlərini kompleks şəkildə idarə etmək, habelə hidrotexniki qurğuların və su təchizatı sistemlərinin səmərəli istismarını təmin etmək;

7.6. Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak etmək.

 

3. Agentliyin vəzifələri

8. Agentlik bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. su obyektlərinin dövlət monitorinqinin, dövlət su kadastrının aparılmasında, habelə yerüstü və yeraltı suların dövlət uçotunun aparılmasında iştirak edir;

8.2. suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi barədə dövlət orqanlarına təkliflər verir;

8.3. su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin, onların sanitariya mühafizəsi zonaları və dairələrinin  rejiminin təyin edilməsində iştirak edir;

8.4. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün tədbirlər hazırlanmasında və həyata keçirməsində iştirak edir;

8.5. təbii fəlakət və qəza nəticəsində zədələnmiş və ya dağılmış su təsərrüfatı obyektlərinin bərpa olunması üçün təkliflər hazırlayır;

8.6. su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına perspektiv tələbatını müəyyən edir, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsini təmin etmək məqsədi ilə hazırlanan su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinə dair təkliflər verir;

8.7. balansında olan bəndlərin işlək vəziyyətdə saxlanmasını təmin edir və onların tikintisində sifarişçi funksiyalarını həyata keçirir;

8.8. suyun qənaətlə işlədilməsinə və suların keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər verir;

8.9. balansında olan su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlayır, onların keyfiyyətini yaxşılaşdırır;

8.10. yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxeminin, hövzə və ərazi sxemlərinin hazırlanmasında iştirak edir;

8.11. balansında olan hidrotexniki qurğuların təhlükəsizlik qaydalarını hazırlayır;

8.12. balansında olan hidrotexniki qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərini təşkil edir;

8.13. balansında olan su təsərrüfatı obyektlərindən götürülən suların müəyyən olunmuş qaydada bölüşdürülməsini və ona nəzarəti aidiyyəti qurumlarla birlikdə təmin edir;

8.14. su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində standartların, normaların və qaydaların hazırlanmasında iştirak edir;

8.15. balansında olan obyektlərin su mühafizə zonalarındakı torpaqlardan istifadəyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq verirbu ərazidəki fəaliyyətə nəzarət edir;

8.16. suların zərərli təsirinin qarşısının alınmasına dair təkliflər hazırlayır;

8.17. balansında olan su təsərrüfatı obyektlərinin istismarı qaydalarını müəyyən edir və həyata keçirilməsini təmin edir;

8.18. su obyektlərindən təyinatına görə istifadə edilməsinə dair monitorinqi aidiyyəti qurumlarla birlikdə aparır;

8.19. hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti, yenidənqurma, əsaslı təmir, bərpa və konservasiya işlərini, eləcə də onların fəaliyyətini dayandırmaq barədə aidiyyəti qurumlarla birlikdə təkliflər verir;

8.20. dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısının razılaşdırılmasında iştirak edir;

8.21. su resurslarının rejiminə və keyfiyyətinə müşahidələrdə iştirak edir;

8.22. su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə dair aidiyyəti qurumlarla birlikdə monitorinq aparır;

8.23. su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətində iştirak edir;

8.24. su anbarları üzrə su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsi rejiminin müəyyən olunmasında iştirak edir;

8.25. su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının layihələndirilməsi üzrə sifarişçi funksiyalarını həyata keçirir, bu layihələrin müəyyən olunmuş qaydada təsdiq edilməsi, habelə su mühafizəsi zonalarının və sahil mühafizəsi zolaqlarının yerlərdə müvafiq suqoruyucu nişanlarla müəyyənləşdirilməsi işlərini təşkil edir;

8.26. balansında olan obyektlərin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin idarə olunması və istismarı sahəsində əsas istiqamətləri müəyyənləşdirir, təmir və yenidənqurma işlərinin aparılmasını təmin edir;

8.27. su ehtiyatlarının idarə edilməsi sahəsində dövlət proqramlarının hazırlanmasında iştirak edir;

8.28. su obyektlərinin təyinatından asılı olaraq tələbata uyğun paylaşdırılması və su obyektlərindən səmərəli istifadə edilməsi barədə təkliflər verir;

8.29. su ehtiyatlarından istifadə olunması sahəsində proqnoz və layihələrin, norma və standartların hazırlanmasında iştirak edir;

8.30. su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərinin müəyyən edilməsində iştirak edir;

8.31. balansında olan su təsərrüfatı obyektlərinə tullantı sularının axıdılmasının məhdudlaşdırılması və dayandırılması üçün zəruri tədbirlər görür;

8.32. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə su ehtiyatlarının idarə edilməsi sisteminin yaxşılaşdırılması, daşqınların baş verməsi ilə bağlı xəbərdarlıq edilməsi və qarşısının alınması tədbirlərində iştirak edir;

8.33. aidiyyəti qurumlarla birlikdə suların axım rejimi, keyfiyyəti və istifadəsi haqqında məlumatların toplanması, təhlili və bu sahə üzrə avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasını təmin edir;

8.34. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyası layihəsinin işlənib hazırlanmasında iştirak edir;

8.35. ölkə ərazisində yerləşən su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərində aidiyyəti qurumlarla birlikdə monitorinqlərin aparılmasını təmin edir;

8.36. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə qabaqlayıcı tədbirlər görülməsində və bu sahədə norma və qaydaların hazırlanmasında iştirak edir;

8.37. su ehtiyatlarından istifadə limitinin müəyyən edilməsi və su ehtiyatlarından təyinatı üzrə istifadə olunması barədə təkliflər verir;

8.38. təbii və texnogen qəzalar nəticəsində su obyektlərində, hidrotexniki qurğulardasu təchizatı sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində, bərpa və yenidənqurma işlərinin təşkilində iştirak edir;

8.39. ölkə ərazisində məskunlaşmanın həyata keçirilməsi, sosial təyinatlı və infrastruktur obyektlərinin tikintisi üzrə ərazilərin məskunlaşma və inkişaf sxemlərinə dair sahəsinə aid olan məsələlərə rəy verir;

8.40. ölkənin, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasında iştirak edir;

8.41. daşqın zərərinin aradan qaldırılması üzrə tikinti-bərpa işlərinin sifarişçisi funksiyalarını həyata keçirir;

8.42. su obyektlərində, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin normal fəaliyyətini təmin etmək məqsədi ilə yeni müəssisələrin layihələndirilməsi, tikilməsi və mövcud müəssisələrin yenidən qurulması zamanı torpaqayırma və istismara qəbul komissiyalarının işində iştirak edir;

8.43. daşqın və subasma zonalarının müəyyənləşdirilməsində, daşqınların nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülməsində aidiyyəti qurumlarla birlikdə iştirak edir;

8.44. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bu obyektlərdən və onların bir hissəsindən istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması barədə müvafiq təkliflər verir;

8.45. sudan istifadə sahəsində normativ hüquqi aktların tələblərini pozanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməsi barədə təkliflər verir;

8.46. Agentliyin fəaliyyəti istiqamətlərinə uyğun olaraq, "Fövqəladə Halların İdarə Olunmasının Coğrafi İnformasiya Sistemi"nin (GİS) yaradılmasında iştirak edir;

8.47. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin yerləşdiyi ərazilərdə lokal xəbərdarlıq sisteminin yaradılmasında iştirak edir;

8.48. su ehtiyatlarının idarə edilməsi sahəsində müasir texnika və texnologiyaların tətbiq edilməsi barədə təkliflər verir;

8.49. balansında olan su təsərrüfatı obyektlərinin mühafizə zonasında qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin edir;

8.50. transsərhəd su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemləri obyektlərinin birgə istismarı ilə bağlı təkliflər verir;

8.51. transsərhəd su obyektlərindən, hidrotexniki qurğulardansu təchizatı sistemlərindən istifadə edilməsi sahəsində beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir;

8.52. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların və sazişlərin tələblərinə riayət olunması üçün tədbirlər görür;

8.53. fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq tədbirlərdə iştirak edir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, xarici dövlətlər və təşkilatlarla əlaqələr yaradır;

8.54. Agentliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə statistik uçotun aparılmasını təmin edir;

8.55. Agentliyin fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin müəyyən edilmiş qaydada komplektləşdirilməsini, saxlanmasını və uçotunu təmin edir;

8.56. Agentliyin fəaliyyət sahələri üzrə peşə və kadr hazırlığı, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün Nazirliyə təkliflər verir;

8.57. Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və qanunvericilikdə nəzərdə tutulan digər maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin edir;

8.58. Agentliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər verir;

8.59. Agentliyin fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qanunvericiliyə uyğun olaraq qorunmasını təmin edir;

8.60. Agentliyin fəaliyyəti ilə bağlı digər dövlət orqanları ilə birlikdə su ehtiyatlarının idarə edilməsi sahəsinə dair normativ hüquqi aktların hazırlanmasında iştirak edir;

8.61. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

8.62. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir.

 

4. Agentliyin hüquqları

9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. su ehtiyatlarının idarə edilməsi sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

9.2. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərində baş verə biləcək fövqəladə halların proqnozlaşdırılmasında, əhalinin operativ məlumatlandırılmasında və digər kompleks tədbirlərin həyata keçirilməsində iştirak etmək;

9.3. su tariflərinə dair təkliflər vermək;

9.4. dövlət büdcəsindən vəsait ayrıldığı halda su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirmək;

9.5. yerüstü və yeraltı təbii suların istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəyə verilməsi barədə təkliflər vermək;

9.6. Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə mərkəzi icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqifiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.7. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

9.8. sərəncamında olan maliyyə vəsaitlərini müəyyən olunmuş qaydada idarə etmək;

9.9. qanunvericiliklə müəyyən olunmuş qaydada beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq hakimiyyət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

9.10. fəaliyyətinə aid məsələləri müzakirə etmək üçün mütəxəssisləri və ekspertləri cəlb etmək;

9.11. Nazirliyin internet saytının tərtibində öz səlahiyyətləri daxilində iştirak etmək;

9.12. işçilərinin, onların ailə üzvlərinin sağlamlığının qorunması ilə bağlı kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;

9.13. kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisasının artırılması ilə bağlı proqramların həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək.

 

5. Agentliyin fəaliyyətinin təşkili

10. Agentliyin aparatı, onun strukturuna daxil olan qurumlar və tabeliyində olan hüquqi şəxslər Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Agentliyin balansında olan dövlət əhəmiyyətli su anbarlarının işlək vəziyyətdə saxlanılması məqsədi ilə Agentlik hüquqi şəxslər yarada bilər.

12. Agentliyin strukturu, ştat cədvəli, xərclər smetası və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasını Nazirlik təsdiq edir.

13. Agentliyin aparatının və strukturuna daxil olan qurumların işçiləri dövlət qulluqçusu statusuna malikdirlər.

14. Agentliyin işçilərini Azərbaycan Respublikasının fövqəladə hallar naziri (bundan sonra - nazir) vəzifəyə təyin və vəzifədən azad edir.

15. Agentliyin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis (bundan sonra - rəis) rəhbərlik edir.

16. Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə rəis şəxsən məsuliyyət daşıyır.

17. Rəisin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

18. Rəisin müavinləri rəis tərəfindən onlara həvalə etdiyi vəzifələri yerinə yetirirbunun üçün şəxsən məsuliyyət daşıyırlar.

19. Rəis aşağıdakı səlahiyyətlərə malikdir:

19.1. Agentliyin fəaliyyətini təşkil edirona rəhbərlik edir;

19.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır;

19.3. Agentlik bölmələrinin işçilərinin qanunvericilikdə nəzərdə tutulmuş həvəsləndirmə və intizam tənbehi tədbirlərinə cəlb edilməsi üçün Nazirliyə təqdimat verir;

19.4. səlahiyyətləri daxilində Agentliyin fəaliyyətinə dair əmrlər, sərəncam və göstərişlər verir;

19.5. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və göstərişlərini ləğv edir;

19.6. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

19.7. Agentliyin tabeliyində olan, büdcədən maliyyələşən struktur bölmələrinin əsasnamələrini təsdiq edir;

19.8. Agentliyin tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edir;

19.9. səlahiyyətləri daxilində Agentliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə beynəlxalq danışıqlarda iştirak edir;

19.10. bu əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini təmin edir;

19.11. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

19.12. Agentliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı məhkəmədə Nazirlik tərəfindən verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir;

19.13. Agentliyin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən Texniki Şura yarada bilər.

 

 

Azərbaycan.- 2011.- 23 noyabr.- S.  4.